Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Azərbaycan Dillər Universitetində birinci kurs tələbələri ilə görüş keçirilib

 

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində rektor, Milli Məclisin deputatı, professor Səməd Seyidov 2015-2016-cı tədris ilində ADU-ya qəbul olunmuş  I kurs tələbələri ilə görüş keçirdi.

Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, professor Səməd Seyidov tələbələri ölkənin ali məktəbləri içərisində aparıcı universitetlərdən biri olan Azərbaycan Dillər Universitetində görməkdən şad olduğunu bildirdi. Ali təhsil ocağının yaranma tarixindən danışan rektor hazırda universitetdə 22 dilin tədris olunduğunu söylədi.

Professor Səməd Seyidov qeyd etdi ki, qabaqcıl ali təhsil müəssisəsi kimi ADU Azərbaycanın rəhbərliyi tərəfindən həmişə ən yüksək səviyyədə dəstək alıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elm, təhsil və mədəniyyət sahəsinə qayğını uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkəmizi müdafiə etməyin gənc nəslin dil biliklərinə sahib olmaqla, Azərbaycan mədəniyyətini dərindən mənimsəməklə mümkün ola biləcəyini vurğulayan rektor Səməd Seyidov dünyanın digər ölkələrinə getmədən ADU-da bu dillərin yüksək səviyyədə tələbələrə öyrədilməsi üçün bütün lazımi şəraitin yaradıldığını dedi.

Çıxışının sonunda rektor prorektorları, fakültə dekanlarını, kafedra və departament müdirlərini tələbələrə təqdim etdi.

ADU-nun pedaqoji (ingilis-alman) fakültəsinə 690 balla qəbul olan Prezident təqaüdçüsü Selcan Namazova bu universitetin tələbəsi olmaq arzusunun reallaşmasını dilə gətirərək bundan məmnunluq hissi keçirdiyini söylədi. 

Sonra tərcümə fakültəsinə 675 balla qəbul olan Gülanə Həbibovanın valideyni Aynurə Həbibova tələbələri təbrik edərək onlara uğurlar arzuladı. 

Pedaqoji (ingilis-alman) fakültəsinin dekanı, professor Fikrət Cahangirov çıxışında ADU-da bir sıra layihələrin  və mübadilə proqramlarının həyata keçirildiyini, o cümlədən Böyük Britaniyanın Esseks Universiteti arasında bağlanmış müqaviləyə əsasən tələbələrin iki il ADU-da, iki il isə Esseks Universitetində təhsil almaqla ikili diploma sahib olduqlarını vurğuladı, yeni qəbul olmuş tələbələri də bu layihəyə qoşulmağa çağırdı.

Tədbirdə yüksək balla ADU-ya qəbul olan on bir nəfər tələbəyə noutbuk və planşet hədiyyə edildi, həmçinin onlara tələbə biletləri və gül dəstələri təqdim olundu.  

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov