Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Gəncə Dövlət Universiteti son illər sürətlə inkişaf edib

 

Böyütmək üçün seçin Gəncə Dövlət Universitetində  15 sentyabr - Bilik günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbiri universitetin rektoru, professor Yusif Yusibov açaraq tələbələri,  valideynləri, müəllim və digər iştirakçıları təbrik edib, onlara yeni tədris ilində cansağlığı və yeni-yeni uğurlar diləyib. Rektor qeyd edib ki, bu il universitetə 1239 nəfər tələbə qəbul olub. Onlardan 66 nəfəri 500-600 arası, 3 nəfəri isə 600-dən yuxarı bal toplayıb.

Professor Y.Yusibov xüsusi qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqəti sayəsində universitet son illər sürətlə inkişaf edib, tədris binaları yüksək səviyyədə təmir edilib, müasir tələblərə cavab verəcək maddi-texniki baza ilə zənginləşdirilib. Tədris prosesində yeni informasiya texnologiyalarından geniş istifadə edilir. Bu məqsədlə universitet yeni informasiya texnologiyaları ilə müvafiq şəkildə təmin edilib, "ağıllı lövhələr", ağ lövhələr, surətçoxaldan, digər texniki vasitələr alınıb, bütün kafedralar, şöbə və dekanlıqlar və digər struktur bölmələr kompüterlərlə təchiz olunub,  yüksəksürətli (15 meqabit) internetə çıxış təmin edilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə "Aztelekom" İB  tərəfindən korpuslara "Fiber optik kabel"in çəkilişi uğurla başa çatdırılıb. Fasiləsiz işləyən İnternet xətti professor-müəllim heyəti və tələbələrin operativ informasiya mübadiləsini təmin edir. Gəncə Dövlət Universitetinin xüsusi saytı yaradılıb, burada universitet həyatı, struktur bölmələr, tədris prosesi, elmi-tədqiqat fəaliyyəti haqqında zəruri informasiyalar yerləşdirilib.

Universitetin onlarla tələbə, magistr və gənc müəllimi öz təhsilini xarici ölkə universitetlərində təkmilləşdirib. Təkcə onu demək kifayətdir ki, ötən ildə qardaş Türkiyə Cümhuriyyətində "Mövlana" mübadilə proqramı çərçivəsində iyrimi ali təhsil müəssisəsi, Avropa və MDB ölkələri, həmçinin Azərbaycanın ali məktəbləri və tədqiqat institutları ilə əməkdaşlıq uğurla davam etdirilir.

Bundan əlavə, universitet kurikulum sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi və yenidən qurulmasına xidmət edən "UNİVİA", əlil tələbələrin təhsilə cəlb edilməsi məqsədilə yaranmış "ESVİDİP" layihələrində də yaxından iştirak edir.

Tədbirdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Fəxrəddin Məmmədov, elm və innovasiyalar üzrə prorektor, dosent Pərvin Kərimzadə, humanitar məsələlər üzrə prorektor Asif Cavadov, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Vaqif Novruzov, valideynlərdən Azər Məmmədov, Namiq Pənahov, 115 bal toplamış magistrant Nurənə Məmmədova, ingilis dili müəllimliyi ixtisasına 605 balla qəbul olmuş Aysel Qələndərova çıxış edərək öz  ürək sözlərini bildiriblər.

Sonda rektor Yusif Yusibov yüksək bal toplayan tələbələrə tələbə biletlərini təqdim edib, onlarla xatirə şəkli çəkdirib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov