Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

"Gənc istedadlar" liseyində ilk zəng çalındı

 

Böyütmək üçün seçinBakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bilik günü münasibətilə  tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan  söz açıb.  Rektor liseyi bu il bitirən məzunların nüfuzlu ali məktəblərə qəbul olunduqlarını, onlardan 16-nın 600-dən yuxarı bal topladıqlarını, 4 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb.  "Gənc istedadlar" liseyinin 2012-2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olduğunu deyən rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı doğruldacaqlarına, universitetə şərəf  gətirəcəklərinə ümid etdiyini  söyləyib.

Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdıran liseyin direktoru, professor Qasım Hüseynov lisey şagirdlərinin 2012-ci ildə Astana və 2013-cü ildə Daşkənd şəhərlərində keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasında, 2013-cü ildə Moskvada keçirilən Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında, 2011, 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qaliblər sırasında olduğunu vurğulayıb. Son dörd ildə Bakıda keçirilən "Sabahın alimləri" Respublika müsabiqələrində I yerə layiq görülən şagirdlərdən 8 nəfərinin 2012, 2013, 2014 və 2015-ci illərdə ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etdiklərini qeyd edib. Tədbirin sonunda 2015-2016-cı tədris ilinin ilk zəngi səslənib.

 Qeyd edək ki, 2007-ci ildən BDU-nun nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində  tədris Azərbaycan və rus dillərində aparılır.  

Sifai SƏFƏROVA,
Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov