Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

Birincilər üçün unudulmaz gün

 

Bakıdakı  13 nömrəli tam orta məktəbdə keçirilən Bilik günü mərasimində ilk zəng çalındıqdan sonra Azərbaycanın  Dövlət bayrağı səhnəyə gətirilib və himnin sədaları altında  qaldırılıb. Mərasimi açıq elan edən tədbirin aparıcıları öncə yeni dərs ilinin başlanması və Bilik günü münasibəti ilə iştirakçıları, xüsusən də bu günü hamıdan çox intizarla  gözləyən birinciləri təbrik edib, onların valideynlərinə gözaydınlığı veriblər. Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda sonsuz fədakarlığından və Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışılıb. Tədbirin aparıcıları məktəb kollektivi adından təhsil sahəsindəki uğurlara və bu sahəyə olan böyük diqqətə  görə dövlətimizin başçısına və  Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya  minnətdarlıqlarını bildirdilər.

Birinciləri və onların valideynlərini təbrik edən məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova şagirdlərə dərslərində uğurlar, müəllimlərə isə şərəfli peşələrində daha da ucalmağı  arzulayıb.

Çıxış edən qonaqlar  da müəllimləri, birinciləri və onların valideynlərini təbrik ediblər. Birincilər müxtəlif şeirlərlə, mahnılarla həmin günü unudulmaz xatirəyə çeviriblər.  

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov