Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

19 Sentyabr 2015 - №35

 

3 məzun Prezident təqaüdünə layiq görülüb

 

Böyütmək üçün seçinBakının Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə Bilik günü münasibətilə təntənəli tədbir keçirilib.

Məktəbin direktoru Firəngiz Həsənova tədbirə toplaşan şagirdləri, onların valideynlərini, müəllimləri yeni tədris ili münasibətilə təbrik edib. F.Həsənova Prezident İlham Əliyevin təhsilə qayğısından, son illər orta məktəblərdə görülən uğurlu işlərdən bəhs edib. Bildirilib ki, hazırda məktəbdə 2000-dən artıq şagird təhsil alır. Sevindirici haldır ki, bu il birinci sinifdə təhsil alacaq şagirdlərin sayı 250-yə çatıb. Ötən illərlə müqayisədə bu böyük göstəricidir. Məktəb əsaslı təmir olunub, bütün sinif otaqları, fənn kabinetləri, şahmat və musiqi otaqları lazımi avadanlıqla təchiz edilib. 

Direktor qeyd edib ki, 2015-ci ildə məktəbi bitirən 117 məzundan 70-i ali məktəblərə daxil olub. Onlardan 8  nəfəri 500, 6 nəfəri isə 600-dən artıq bal toplayıb. İmtahanlarda yüksək nəticələrinə görə 3 məzun Prezident təqaüdünə layiq görülüb.

Tədbirdə iştirak edən qonaqların, müəllimlərin çıxışlarından sonra ilk dəfə məktəb pillələrinə qədəm qoyan şagirdlər şeirlər söyləyiblər.

Bilik gününə həsr olunmuş tədbir ilk zəngin sədaları ilə başa çatıb.  

Əlvan CƏFƏRLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov