Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi olub

 

Böyütmək üçün seçin Sentyabrın 22-də Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva, məktəblilər və media nümayəndələri iştirak ediblər.

Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyası 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Əsaslı təmirdən sonra qalereya ən müasir təlim avadanlıqları ilə təchiz olunub və burada şagirdlərin təsviri sənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Yeni üslubda ümumi bir mərkəz funksiyasını yerinə yetirəcək qalereya məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müasir rəssamlıq ənənələri əsasında inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Qalereyada həmçinin, şagirdlərin yaradıcılıq məşğələləri və sərgilərin keçirilməsi üçün 7 salon mövcuddur. Qalereyada "Qrafika və rəngkarlıq", "Rəqəmsal təsvir" dərnəkləri fəaliyyət göstərəcək. Yeni yaradılan "Rəqəmsal təsvir" dərnəyinin məqsədi təsviri sənət ənənələrini qoruyub saxlamaqla kompüter vasitəsilə təsvirlərin yaradılmasını öyrətməkdir. Bu dərnəklər 5-16 yaşlı məktəblilərin qrafika və rəngkarlıqla məşğul olması üçün nəzərdə tutulub. Eyni zamanda qalereyada respublika əhəmiyyətli müxtəlif sərgi, müsabiqə və ustad dərsləri də təşkil olunacaq.

Mərasimdə qalereyanın açılışı münasibətilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəbləri və yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında keçirilən, təsviri sənətin bütün janrlarını özündə əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgidə 6-18 yaş arası uşaq və gənclər iştirak edib. Sərgi "Mənim şəhərim - Azərbaycan inciləri", "Milli irsimiz - dekorativ tətbiqi sənət nümunələri", "Azərbaycan nağılları uşaqların gözü ilə" mövzularını əhatə edib.

Mərasim iştirakçıları "Çiçəyim" uşaq teatrı üzvlərinin ifasında mahnı və şeirlər dinləyiblər.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov