Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Narkomaniyaya qarşı mübarizə

 

Böyütmək üçün seçinNaftalanda "Narkomaniyaya qarşı mübarizə, ağ ölümün törətdiyi fəsadlar" adlı tədbir keçirilib.

Naftalan Rayon Təhsil Şöbəsindən məlumat  verilir ki,  şəhərdəki orta məktəblərdə təhsil alan yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şəhər polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mübariz Mehralıyev, şəhər icra hakimiyyətinin məsul işçisi Afət Mustafayeva, yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun üzvü, polis leytenantı Vasif Quliyev çıxış edərək narkotik maddələrə aludəçiliyin törətdiyi acı nəticələrdən və ona qarşı aparılan mübarizədən danışıblar.

Məktəb direktorları, şagirdlər çıxış edərək bu dəhşətli xəstəliyin qarşısının alınması üçün dövlətin həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirib, bu işdə cəmiyyətin üzərinə düşən vəzifələrdən söhbət açıblar.

Tədbirdə iştirakçıların sualları da cavablandırılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov