Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Kross qaçışı üzrə Bakı şəhər çempionatı başa çatıb

 

Böyütmək üçün seçinBakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Neftçi İKİB, Məhsul İC, AzDBTİA, Təhsil RİM, 5 saylı İOEUGİM, SMF-nın idmançıları mübarizə aparıblar. Nəticələrə görə qadınlar arasında I yerə 1 km məsafədə Aida Hacıyeva (Məhsul İC), 2 km məsafədə I yerə Özləm Əmircanova (Təhsil RİM), 4 km məsafədə I yerə Aynur Əsgərova (5 nömrəli İOEUGİM), 6 km məsafədə I yerə Nailə Novruzova (Təhsil RİM), kişilər arasında 2 km məsafədə I yerə Rüstəm Səyidov (Təhsil RİM), 3 km məsafədə I yerə Nail Rzayev (Neftçi İKİB), 6 km məsafədə I yerə Andrey Aranoviç (Məhsul RİM), 10 km məsafədə I yerə Tural Sadıqlı (AzDBTİA), komanda hesabında isə I yerə Təhsil RİM, II yerə 5 saylı İOEUGİM, III yerə isə Məhsul İC layiq görülmüşlər.

I, II və III yeri tutmuş idmançılar Baş idarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılmışlar. Onu da qeyd edək ki, I-III yerləri tutmuş idmançılar 16-18 oktyabr 2015-ci il tarixdə İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanmışlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov