Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

Gənclər arasında "Breyn-rinq" intellektual oyunu

 

Böyütmək üçün seçinBakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Rəşid Behbudov adına Mahnı Teatrında gənclərin vətənpərvərlik klubları arasında "Breyn-rinq" intellektual oyunu keçirildi. Ənənəvi olaraq təşkil olunan tədbirdə Baş idarənin rəis müavini Aydın Yusifov, rayon idarələrinin rəhbərləri və nümayəndələri, iştirakçı komandalar və gənclər iştirak ediblər.

Baş idarənin rəis müavini A.Yusifov gənclərə tövsiyələrini verərək, iştirakçılara uğurlar arzulayıb. Yarışda 11 rayonun komandası mübarizə aparıb və I yerə Nərimanov rayon, II yerə Yasamal rayon, III yerə isə Sabunçu rayon komandaları çıxıblar.

Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan Gəncliyi Dövlət Proqramının (2011-2015-ci illər) icrası, yeniyetmələrin intellektual və mədəni səviyyəsinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili, mədəniyyətimizin, ədəbiyyatımızın, ana dilimizin, dinimizin, torpağımızın tarixini daha da dərindən öyrənmək, ümumbəşəri və milli dəyərlərə yiyələnmək, dünyagörüşlərini genişləndirməkdən ibarətdir. Qalib komandalar Baş idarə tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov