Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

3 Oktyab 2015 - №36

 

"Neftçi" İdman Klubunun təmsilçiləri 17 medal qazandı

 

Xəzər Universiteti Dünya Məktəbinin idman zalında keçirilən kunq-fu coriyo üzrə respublika çempionatı sona çatıb. Yarışda 5 komandanın 100-ə yaxın idmançısı qüvvəsini sınayıb.

"Neftçi" İdman Klubunun 14 nəfərdən ibarət uşu komandası da çempionatda təmsil olunub və yüksək nailiyyətlər əldə edərək taolu üzrə komanda hesabında 1-ci yeri tutub. Yarış ənənəvi olaraq 4 yaş qrupunda keçirilib (12-15, 15-18). Klubun yetirmələri müxtəlif döyüş texnikaları üzrə mübarizə apararaq 12 qızıl və 5 gümüş medala yiyələniblər. Onlardan Ruzi Vəliyev, Məlik Cəfərov, Fuad Cəfər və Zahid Vəliyev bütün döyüşləri qələbə ilə başa vuraraq çempionluq sevinci yaşayıblar.

Xanım idmançılardan isə Aytən Vəliyeva, Elnarə Qarayeva, Gültəkin Allahverdiyeva, Leyla Əzizova və Gülsiyyə Novruzova eyni uğuru təkrarlayıblar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov