Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Təhsil naziri Mikayıl Cabbarov Gürcüstanda səfərdə olub

 

Azərbaycanın təhsil naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib 

Böyütmək üçün seçinGürcüstanda səfərdə olan Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib. Nazir abidənin önünə gül dəstələri düzüb, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Abidəni ziyarət edənlər arasında Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Təhsil Nazirliyinin və səfirliyin əməkdaşları da olublar.


Mikayıl Cabbarov Gürcüstanın təhsil və elm naziri Tamar Canikidze ilə görüşüb 

Böyütmək üçün seçinGürcüstanda səfərdə olan Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də bu ölkənin təhsil və elm naziri Tamar Canikidze ilə görüşüb.

Görüşdə iki ölkənin təhsil nazirlikləri arasında əlaqələrin inkişaf perspektivləri, elm strukturları, ali təhsil ocaqları arasında təcrübə və tələbə mübadiləsi, elm adamlarının qarşılıqlı səfərlərinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Dövlətlərimiz və xalqlarımız arasındakı dostluq münasibətlərinin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaratdığı, geniş imkanlar açdığı xüsusi qeyd olunub.


Nazir Tbilisidə azərbaycanlıların təhsil aldıqları məktəblərdə olub 

Gürcüstana səfəri çərçivəsində Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov oktyabrın 8-də Tbilisidə azərbaycanlıların təhsil aldıqları orta məktəblərdə olub.

Tbilisidəki 73 nömrəli orta məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, burada 200-dək azərbaycanlı şagird təhsil alır. SOCARn Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına təmir olunan məktəbdə azərbaycanlılarla yanaşı, gürcülər və digər millətlərin nümayəndələri də təhsil alırlar. Burada şagirdlərin Azərbaycan dilini öyrənmələri və normal təhsil almaları üçün hər cür şərait yaradılıb.

Nazir M.Cabbarov sinif otaqlarında yaradılan şəraitlə tanış olub, məktəbdə təhsil alan şagirdlərlə görüşüb. Şagirdlər Azərbaycan, gürcü və ingilis dillərində Vətənə, xalqa həsr olunmuş şeirlər söyləyiblər.

Sonra Azərbaycanın təhsil naziri 64 nömrəli məktəbə gəlib. Məktəbin direktoru Tamara Mamsikaşvili qonaqlara təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 130 azərbaycanlının təhsil aldığı məktəbdə rus və gürcü bölmələri də fəaliyyət göstərir.

Nazir məktəbdəki sinif otaqları ilə tanış olub.

Məktəbin nəzdində fəaliyyət göstərən "Ceyran" rəqs qrupunun şagirdləri qonaqlar qarşısında maraqlı konsert proqramı ilə çıxış edib, Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.

M.Cabbarov hər iki məktəbin şagirdlərinin dərsliklərlə təmin olunmasına yardım göstəriləcəyini bildirib.

Təhsil Nazirliyi adından məktəblərə xatirə hədiyyələri təqdim olunub.

Böyütmək üçün seçin Böyütmək üçün seçin

Azərbaycan icmasının üzvləri ilə görüş keçirilib 

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Gürcüstana səfəri çərçivəsində oktyabrın 8-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub. Muzeyin elmi işçisi Leyla Əliyeva bu mədəniyyət ocağının fəaliyyəti barədə nazirə ətraflı məlumat verib.

Sonra M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfirliyində bu ölkədəki Azərbaycan icmasının üzvləri ilə görüşüb.

Səfir Azər Hüseyn M.Cabbarovun Gürcüstana səfərinin məqsədi barədə məlumat verib.

Nazir ölkəmizdə təhsil sistemində həyata keçirilən islahatların uğurlu nəticələrindən, Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsindəki əlaqələrdən danışıb.

Bildirilib ki, Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli ilə əlaqədar xüsusi layihələr hazırlanır.

Görüşdə ölkələrimiz arasındakı əlaqələrin inkişaf perspektivləri, Azərbaycan dilində olan məktəblərin Azərbaycan dili və Azərbaycan ədəbiyyatı dərslikləri ilə təmin olunması, hər iki dili tədris edən müəllim kadrlarının hazırlanması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan dünyanın bütün dövlətlərində yaşayan azərbaycanlıların mənəvi Vətənidir və Gürcüstanda yaşayan soydaşlarımız da bununla qürur duyurlar.

Böyütmək üçün seçin Böyütmək üçün seçin

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov