Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Təhsil Nazirliyində təltifetmə mərasimi keçirilib

 

Böyütmək üçün seçinTəhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin, eyni zamanda nazirlik sistemində fəaliyyət göstərən idman məktəblərinin, yaradıcılıq mərkəzlərinin rəhbərləri və əməkdaşlarının təltifetmə mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, mayın 27-dən başlayaraq 1 ay müddətində "Bakı-2015" I Avropa Oyunlarına dəstək məqsədilə paytaxtın Fəvvarələr meydanında qurulan "İfam" xalq səhnəsində Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində fəaliyyət göstərən bədii qiraət, nitq mədəniyyəti, mahnı, vokal və rəqs dərnəklərinin üzvləri çıxış ediblər. Ümumilikdə "İfam" səhnəsində çıxış edən 956 iştirakçıdan 400-ə yaxını Bədii Yaradıcılıq Evinin dərnək üzvləri olub. Şagird və tələbələrin bu işə cəlb olunması, koordinasiyası, ictimaiyyətin konserti izləməsi üçün şəraitin yaradılması və digər işlərin həyata keçirilməsində Bədii Yaradıcılıq Evinin kollektivi və nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi mühüm rol oynayıb. Bunları nəzərə alaraq Bədii Yaradıcılıq Evinin direktoru və bir neçə əməkdaşı Fəxri fərmana layiq görülüb.

I Avropa Oyunları zamanı nazirliyin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin kollektivləri isə kütləvi idman yarışlarının keçirilməsində, eyni zamanda yarışlar zamanı təşkilati işlərin görülməsində göstərdikləri xidmətə görə Fəxri fərmanla təltif olunublar.

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov təltif olunanlara təbriklərini çatdırıb və mükafatları onlara təqdim edib.   

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov