Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Sumqayıt Dövlət Universitetində bayram tədbiri keçirilib

 

Böyütmək üçün seçinOktyabrın 5-də Sumqayıt Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bayram tədbiri keçirildi. Əvvəlcə SDU-nun rəhbərliyi, professor-müəllim heyəti ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad etdilər.

Tədbir iştirakçılarına Beynəlxalq Müəllimlər Günü münasibətilə xoş arzularını çatdıran universitetin rektoru, professor Elxan Hüseynov cəmiyyətin formalaşmasında fədakarlıqla çalışan müəllimlərimizin peşə bayramının ənənəvi olaraq hər il ölkəmizdə təntənə ilə qeyd edildiyini bildirdi.

Müəllim əməyinin dövlətimiz tərəfindən daim qiymətləndirildiyindən və bu qayğının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğundan bəhs edən rektor vurğuladı ki, ümummilli lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə daim hörmətlə yanaşmış, onların rifah halının yaxşılaşdırılması üçün  hərtərəfli şərait yaratmışdır.

Rektor Elxan Hüseynov  nəzərə çatdırdı ki, bu gün dövlət tərəfindən təhsil işçilərinə göstərilən münasibət müəllimlərin yaradıcılıq imkanlarını genişləndirir. İndi respublikamızda öz elmi-nəzəri biliyi, pedaqoji ustalığı, metodiki hazırlığı, ictimaiyyət içərisində dərin nüfuzu ilə seçilən yüzlərlə qabaqcıl müəllim işləyir. Hazırda universitetimizdə müəllim adını şərəflə daşıyan, öz peşəsinin vurğunu olan, hər bir tələbənin qəlbində özünə əbədi abidə ucaldan, əsl vətəndaş və şəxsiyyət yetişdirən bacarıqlı və səriştəli müəllimlərimiz yetərli qədərdir.

Universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzunmüddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olundular.

Ölkəmizin mədəniyyətini dünyada tanıdan incəsənət xadimləri öz çıxışları ilə universitetin professor -müəllim heyətini təbrik etdilər. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov