Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

Gəncə Dövlət Universitetində müəllimlər günü qeyd edilib

 

Böyütmək üçün seçinOktyabrın 5-də Gəncə Dövlət Universitetində  Beynəlxaq Müəllimlər Günü təntənəli şəkildə qeyd olunub.  Dövlət himni ilə başlayan tədbiri universitetin rektoru, professor Yusif Yusibov giriş sözü ilə açaraq Beynəlxalq Müəllimlər Gününün tarixinə qısa bir nəzər salıb, bu günün bütün dünyada qeyd edildiyini  vurğulayıb. Bildirib ki, universitet əməkdaşlarının da belə bir əlamətdar günü böyük iftiuxarla qeyd etməyə haqları var. Professor Y.Yusibov  bütün əməkdaşları təbrik edib, onlara möhkəm cansağlığı və işlərində yeni-yeni uğurlar arzulayıb.

Sonra rektor dövlətimizin, xüsusən də Prezident İlham Əliyevin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müəllimlərə göstərdikləri  qayğıdan, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün dünya standartlarına uyğun maddi-texniki bazanın yaradılmasından bəhs edib, universitetin də bu inkişafdan kifayət qədər bəhrələndiyini nəzərə çatdırıb.

Rektorluq tərəfindən universitet əməkdaşlarının bir qrupu  təşəkkürnaməyə, fəxri fərmana, bir qrupu isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən pul mükafatına layiq görülüb.

Bədii hissədə maraqlı musiqi nömrələri, kiçik tamaşalar tədbiri daha da canlandırıb.

Tədbirin sonunda professor Yusif Yusibov bədii hissənin hazırlanmasında xüsusi zəhməti olan Tələbə Şurası Təşkilatının sədri Əfsanə Mövlayeva və Musiqi fənləri kafedrasının baş müəllimi Nüşabə Seyfullayevaya, həmçinin iştirakçı tələbələrə öz təşəkkürünü bildirib. 

Maqbet ƏHMƏDOV,
GDU-nun Mətbuat xidmətinin rəhbəri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov