Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

10 Oktyabr 2015 - №37

 

"Naxçıvan" Universitetində tələbələrin konsert proqramı

 

Böyütmək üçün seçin"Naxçıvan" Universitetinin idarəetmə fakültəsinin tələbələrinin iştirakı ilə keçirilən konsertdə tədbirin aparıcıları  öncə müəllimliyin şərəfli bir peşə olmasından danışıblar. Bildirilib ki, hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, müəllimlər cəmiyyətin ən nüfuzlu, ən mötəbər insanlarıdır. "Mən müəllim adından yüksək ad tanımıram" deyən ulu öndər Heydər Əliyev aradan uzun illər keçməsinə baxmayaraq, ona dərs deyən müəllimlərin adlarını, soyadlarını hər zaman xatırlamış, onlar haqqında səmimiyyətlə danışmış, hörmət və ehtiramını bildirmişdir. Ölkə başçısı İlham Əliyevin milli elm və təhsilin inkişafı problemlərinin həlli istiqamətində həyata keçirdiyi siyasət də məhz ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin davamıdır.

Aparıcılar onu da vurğulayıblar ki, müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir.

Tədbirin bədii hissəsində tələbələrin ifasında vətənimizə, yurdumuza  həsr olumuş musiqi nömrələrinin səsləndirilməsi alqışlarla qarşılanıb. Tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vuraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, müəllim əməyinə göstərilən yüksək qayğıdan danışıb. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov