Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Rəsmi xronika

 

* Oktyabrın 16-da Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev MDB Dövlət  Başçıları Şurasının Qazaxıstanda keçirilən iclasında iştirak edib.

 * Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində keçiriləcək iclasında iştirak etmək üçün oktyabrın 15-də bu ölkəyə işgüzar səfərə gedib.

 * Oktyabrın 14-də dövlət başçısı İlham Əliyev Cahangir Zeynalovun 150 illik yubileyinin keçirilməsi haqqında  sərəncam imzalayıb. 

* Ölkə başçısı İlham Əliyev oktyabrın 14-də “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1339-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

 * Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclasda giriş və yekun nitqi söyləyib. 

* Prezident  İlham Əliyev oktyabrın 12-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə fəxri adlar verilməsi haqqında  sərəncam imzalayıb. 

* Oktyabrın 12-də  ölkə başçısı  İlham  Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 * Prezident İlham Əliyev  oktyabrın 12-də Belarus Respublikasının Prezidenti  Aleksandr Lukaşenkoya yenidən Belarus Respublikasının Prezidenti vəzifəsinə seçilməsi  münasibətilə təbrik məktubu göndərib. 

* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edib.

* Oktyabrın 10-da Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti  Rəcəb Tayyib Ərdoğana Ankarada törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib.

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov