Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

17 Oktyabr 2015 - №38

 

Əli bəy Hüseynzadə haqqında məqalələr toplusu

 

Bu günlərdə “Böyük ədib və mütəfəkkir Əli bəy Hüseynzadə” məqalələr toplusu “Elm” nəşriyyatında çapdan çıxıb.

Toplu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” 21 yanvar 2014-cü il tarixli Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanıb.

Topluya Əli bəy Hüseynzadə haqqında müstəqillik illərində yazılmış, əlibəyşünaslığın çağdaş inkişaf səviyyəsini əks etdirən elmi və elmi-publisistik məqalələr daxil edilib. Bu məqalələr böyük ədib və mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əli bəy Hüseynzadənin mənalı ömür yolu və çoxcəhətli fəaliyyəti barədə dolğun təsəvvür yaratmağa xidmət edir.

Akademik İsa Həbibbəylinin, tanınmış tədqiqatçılardan Əziz Mirəhmədovun, Yaşar Qarayevin, Nizami Cəfərovun, Vilayət Quliyevin, Yavuz Akpınarın, Bədirxan Əhmədovun, Şamil Vəliyevin, Azər Turanın, Zaman Əsgərlinin, Alxan Bayramoğlunun, Ofelya Bayramlının, Vaqif Arzumanlının, Gözdə Gingörün, Cavidə Məmmədovanın, Lütviyyə Əsgərzadənin, Firəngiz Cabbarovanın məqalələrində Əli bəy Hüseynzadənin həyatı və yaradıcılığının, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəbləri əlaqələrinin aktual məsələləri öz əksini tapıb.

“Böyük ədib və böyük mütəfəkkir Əli bəy Hüseynzadə” kitabının elmi redaktoru AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, tərtibçiləri və çapa hazırlayanları isə Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan mühacirət ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı Nikpur Cabbarlı, filologiya üzrə elmlər doktoru, professor, əməkdar jurnalist Şamil Vəliyevdir.  

Ağahüseyn ŞÜKÜROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov