Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Təhsil naziri Mikayıl Cabbarov Nazarbayev Universitetinin prezidenti ilə görüşüb

 

Böyütmək üçün seçinOktyabrın 22-də Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfərdə olan təhsil naziri Mikayıl Cabbarov Nazarbayev Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşüb.

Görüşdə universitetin prezidenti bu ali təhsil müəssisəsinin innovativ xarakterli fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib.

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” üzrə aparılan təhsil islahatları barədə məlumat verib. Bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, Nazarbayev Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov