Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Məzunlara BDU və Almaniyanın diplomları təqdim edilib

 

Böyütmək üçün seçin Bakı Dövlət Universitetində Almaniyanın Vürsburq Universiteti ilə imzalanmış memoranduma əsasən Avropa Hüququ Magistr Proqramının növbəti məzunlarına “ikili diplom” verilməsinə həsr olunmuş tədbir keçirilib. Vürsburq Universitetinin prorektoru, professor Exard Paxenin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Rektor Avropa Hüququ Magistr Proqramının hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.

Professor Exard Paxen yenidən BDU-da olmasından məmnunluğunu söyləyərək, proqramın əhəmiyyəti barədə danışıb. O, məzunların ölkələrarası əməkdaşlığın müxtəlif sahələrinin inkişafına töhfələr verəcəklərinə əminliyini ifadə edib, proqram çərçivəsində  bu il BDU-nun daha  3 tələbəsinin Vürsburqda təhsilini davam etdirəcəyini əlavə edib. E.Paxen universitetlə gələcək əməkdaşlıqdan, o cümlədən noyabr ayında BDU-da keçiriləcək birgə beynəlxalq konfransdan bəhs edib.

Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev proqramın həyata keçirilmə prosesindən, onun uğurlu nəticələri və indiyədək “ikili diplom” alan 12 məzundan 6 nəfərinin BDU-da tədrisə cəlb edildiyindən danışıb.

Sonra proqramın növbəti məzunlarına diplomlar təqdim edilib.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində Avropa hüququ ixtisası üzrə magistratura proqramı fəaliyyət göstərir. Hazırda tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi  proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir, almaniyalı professorlar BDU-da mühazirə oxuyurlar. Layihənin reallaşdırılması üçün maliyyə dəstəyi Almaniyanın DAAD təşkilatı tərəfindən həyata keçirilir və BDU bu qurumum keçənilki qiymətləndirməsindən uğurla keçib.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov