Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

24 Oktyabr 2015 - №39

 

Müstəqilliyi qorumaq onu qazanmaq qədər çətin və şərəflidir

 

Böyütmək üçün seçinBakıdakı 108 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirildi. Tədbir  Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başladı. Məktəbin 4 ç sinfinin rəhbəri Əzət Balayevanın təşkilatçılığı ilə hazırlanan tədbiri aparıcılar Polad Xudaşzadə və Məşədixanım Sadıqova açaraq Azərbaycanın 97 il əvvəl, 1918-ci ildə  ilk dəfə müstəqillik əldə etməsindən, lakin cəmi 23 ay yaşamasından danışdılar. 1991-ci ilin oktyabrında yenidən müstəqillik qazanan respublikamız çətin və kəşməkeşli yollar keçmişdir. Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanı iqtisadi cəhətdən qüdrətli, beynəlxalq aləmdə nüfuzlu bir dövlətə çevirdi. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev isə apardığı balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycanı dünyanın ən stabil, inkişaf etmiş dövlətlərindən birinə çevirmişdir.

Sonra 4 ç sinfinin şagirdləri Bənövşə Əliyeva, Könül Məmmədova, Xəyal Abdullayev və başqalarının ifasında Vətənə aid şeirlər səsləndi, mahnılar ifa edildi. Şagirdlərin hazırladığı bədii hissə toplaşanlar tərəfindən alqışlarla qarşılandı.

Məktəbin direktoru Narınc Mehdiyeva Azərbaycanın müstəqilliyinin nə qədər çətin əldə etməsindən danışaraq onu qorumağın da ikiqat çətin və məsuliyyətli olduğunu xatırlatdı. Bildirdi ki, müstəqillik heç vaxt verilmir, qazanılır. Onu qorumaq məqsədilə xarici bədxah qüvvələrin ölkəmizə hücumlarının qarşısını almaq üçün bəzən yüzlərlə, minlərlə şəhid verməli olursan.

H.Abbasov adına Mədəniyyət evinin direktoru Kamal Qədimov Dövlət Müstəqilliyi Günü münasibətilə şagirdləri təbrik etdi, onlara Vətənin adını həmişə uca tutmağı, göz bəbəyi kimi qorumağı arzuladı.

Sonda ümummilli lider Heydər Əliyevin nitqləri, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi. 

Samirə DADAŞOVA,
Bakıdakı C.Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov