* Oktyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Misir Ərəb Respublikasının və Hindistan
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfirlərinin
etimadnamələrini qəbul edib.
*
Ölkə başçısı İlham Əliyev oktyabrın 28-də ATƏT-in
Minsk qrupunun həmsədrləri Pyer Andryönu (Fransa), İqor
Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ) və ATƏT-in
fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji
Kaspşiki qəbul edib.
* Oktyabrın 28-də dövlət başçısı İlham Əliyev Səttar
Suliddin oğlu Mehbalıyevin “Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi
haqqında sərəncam imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 27-də Monteneqronun Baş naziri Milo
Cukanoviçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
* Oktyabrın 27-də Prezident İlham Əliyev Şəki
şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyinin
yaradılması və yaşadığı binaya xatirə lövhəsinin
vurulması haqqında sərəncam imzalayıb.
* Dövlət başçısı İlham Əliyev oktyabrın 27-də
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin
yaradılması haqqında fərman imzalayıb.
* Oktyabrın 26-da ölkə başçısı İlham Əliyev
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların
dayandırılması haqqında” Azərbaycan Respublikasının
2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun
tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların
dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə
fərman imzalayıb.
* Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
oktyabrın 25-də Sumqayıtda səfərdə olub. Dövlət
başçısı səfər zamanı Sumqayıt Kimya Sənaye Parkının
ərazisində “Azertexnolayn” Məhdud Məsuliyyətli
Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılışında,
həmçinin Sumqayıtda “SOCAR Polymer” layihəsi
çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen
zavodunun təməlqoyma və “Azərikimya” İstehsalat
Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların
işə salınması mərasimlərində iştirak edib. |