Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Azərbaycanın birinci xanımı Strasburq Universitetinin prezidenti ilə görüşüb

 

Böyütmək üçün seçinAzərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva oktyabrın 26-da Fransanın Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşüb.

Görüşdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva son illər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələrin inkişaf etdiyindən məmnunluğunu bildirib, bu sahədə bir çox işlərin həyata keçirildiyini vurğulayıb. Ölkələrimiz arasında təhsil, mədəniyyət və elm sahələrində reallaşdırılan layihələrdən danışan Mehriban Əliyeva bildirib ki, bütün bu addımlar Azərbaycan-Fransa dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir. Birinci xanım Mehriban Əliyeva Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə ölkəmizdə Fransa ali məktəbinin yaradılacağını, artıq bu layihə üzrə konkret addımların atıldığını diqqətə çatdırıb.

Strasburq Universitetinin prezidenti Alen Beretz Azərbaycana bu səfərinin layihənin həyata keçirilməsinə töhfə olacağına əminliyini ifadə edib. Görüşə görə təşəkkürünü bildirən Alen Beretz Azərbaycanda Fransa ali məktəbinin yaradılması layihəsinin əhəmiyyətindən danışıb.

 

Böyütmək üçün seçin

 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov