Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Məktəblilər Qazax Sement Zavodu ilə tanış olublar

 

Böyütmək üçün seçinQazax Sement Zavodu qərb bölgəsinin ən böyük istehsal müəssisələrindən biridir. Rayon məktəbliləri mütəmadi olaraq bu zavodda olur, istehsal prosesi barədə ətraflı məlumat alırlar.

Rayon təhsil şöbəsindən redaksiyamıza  daxil olan məlumata görə,  rayonun Daş Salahlı kənd tam orta məktəbinin şagirdləri zavodda olublar. Şagirdlərə zavod haqqında ətraflı məlumat verilib.

Məktəblilər müasir tipli laboratoriya, cildləmə və istehsal xətti ilə tanış olduqdan sonra zavodun yeməkxanasında fəhlələrlə birlikdə yemək süfrəsinə əyləşiblər.

Zavodun işlər idarəsinin rəisi Əlif Məmmədov bildirib ki, artıq ənənə halını almış bu cür ekskursiyaların keçirilməsində əsas məqsəd şagirdləri zavodun istehsal prosesi ilə yaxından tanış etməklə yanaşı, gələcəkdə onların zavodda işlə təmin olunmasından ibarətdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov