Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 Oktyabr 2015 - №40

 

Məktəb komandaları arasında futbol turnirinə start verilib

 

Böyütmək üçün seçin “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə adaptasiyasına dəstək üçün futbol turnirinin təşkili” layihəsinin icrasına başlamışdır.

Layihə çərçivəsində  oktyabrın 19-da  mini-futbol üzrə ənənəvi Dostluq turnirinin açılış mərasimi keçirilib. Mərasimdə ‘‘Təhsil” Respublika İdman Mərkəzinin əməkdaşları, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər  İdman Məktəbinin direktoru Mərdan Quliyev, yarışda təmsil olunan məktəblərin idman müəllimləri iştirak ediblər. Dövlət himninin səslənməsindən sonra yarışlara start verilib.

Dostluq turnirinin ilk 3 günündə “A” və “B” qrupları üzrə hər gün 8 komanda olmaqla 4 oyun keçirilir. Yarışlarda Bakı şəhər 130, 183, 230, 237 nömrəli tam  orta   və 1, 2, 11 və 12 nömrəli internat məktəblərinin 7-10-cu siniflərində oxuyan oğlanlardan ibarət komandalar iştirak edir. Yarımfinal və final oyunlarının keçirilməsi növbəti həftənin əvvəlində nəzərdə tutulur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov