Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

Şəkidə Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 160 yerlik uşaq bağçasında hər cür şərait yaradılıb

 

Böyütmək üçün seçinNoyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Burada ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin gələcəyi olan uşaqlara göstərdikləri qayğıdan bəhs edən fotolardan ibarət guşələr yaradılıb.

Azərbaycan Prezidentinə məlumat verildi ki, rayonun tələbatı nəzərə alınaraq biri 160, digəri isə 100 yerlik olmaqla iki yeni məktəbəqədər təhsil müəssisəsi üçün binaların inşası yekunlaşdırılıb və istifadəyə hazırdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 160 yerlik körpələr evi-uşaq bağçasının inşasına ötən ilin dekabrında başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. Burada 8 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Körpələr evi-uşaq bağçasında 35 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Binanın ərazisində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.

Diqqətə çatdırıldı ki, Şəkidə fəaliyyət göstərən 61 məktəbəqədər təhsil müəssisəsində 2760 uşaq təlim-tərbiyə prosesinə cəlb olunub.

Prezident İlham Əliyev körpələr evi-uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi. 

AZƏRTAC

 
 
 
Səhifənin başına qalx "Rəsmi" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov