Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

AMEA-nın 70 illiyinə həsr olunmuş mətbuat konfransı

 

Noyabrın 6-da  Azərbaycan Milli Elmlər Akademiyasının  Rəyasət Heyətində  Akademiyanın 70 illik yubileyinə həsr olunan mətbuat konfransı keçirilib. AMEA-nın vitse-prezidentlərinin, elmi bölmələrin akademik-katiblərinin, KİV nümayəndələrinin iştirak etdiyi tədbiri  AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq media işçiləri ilə görüşündən məmnunluq hissi keçirdiyini bildirib.

Yaxın günlərdə Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçiriləcəyini deyən akademik   ölkə başçısı cənab İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı sərəncamın əhəmiyyətindən söz açıb. AMEA-nın rəhbəri ölkəmizdə  elmi-intellektual potensialın milli sərvət kimi formalaşdırılmasında, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onun ən müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanmasında Akademiyanın müstəsna rolundan danışıb.

AMEA-nın rəhbəri A.Əlizadə  Prezident İlham Əliyevin 3 noyabr 2015-ci il tarixli sərəncamları ilə Akademiyanın bir qrup əməkdaşının orden, medal və fəxri adlarla, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunmasını, səkkiz nəfərə  isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsini  elm adamlarımıza, bütövlükdə Azərbaycan elminə   göstərilən diqqət və qayğının yüksək təzahürü  kimi səciyyələndirib.

“Akademiyanın yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə respublikamızın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir” - deyən akademik Akif Əlizadə  rəhbərlik etdiyi qurumun ölkəmizin sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafında yaxından iştirak etdiyini vurğulayıb.

Sonra akademik media nümayəndələrinə yubileyə  hazırlıq çərçivəsində  görülmüş işlər, reallaşdırılan tədbirlər və həyata keçirilən layihələr  haqqında geniş məlumat verib.

Sonda AMEA-nın rəhbəri Akif Əlizadə KİV  nümayəndələrinin suallarını cavablandırıb. 

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov