Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

“Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışı keçiriləcək

 

Böyütmək üçün seçinNoyabrın 10-da Heydər Əliyev Mərkəzində tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışı keçiriləcək.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği məqsədi daşıyır.

Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edəcək. Hər ali məktəbdən bir komanda olmaqla yarışda ümumilikdə 46 komanda mübarizə aparacaq. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olacaq.

Yarış 3 turdan ibarət olacaq və onların hər birində 12 sual səsləndiriləcək. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edəcək. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən ediləcək. Birinci, ikinci və üçüncü yerləri tutan komandalar mükafatlandırılacaq.

Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədi ilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunur. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olur, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edir, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparırlar.

Xatıqladaq ki, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda birinci ümumrespublika bilik yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Birinci bilik yarışında Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərin qalibi olub. 

www.edu.gov.az
 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov