Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

BANM-də əfqan tələbələr təhsil alacaqlar

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Əfqanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Tağı Xəlili BANM-də görüş zamanı bu haqda razılığa gəliblər.

Görüşdə səfir Məhəmməd Tağı Xəlilini salamlayan rektor Elmar Qasımov Azərbaycanla Əfqanıstanın tarix və mədəniyyət baxımından yaxın ölkələr olduğunu bildirdi. O, Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişafında səfirin böyük rolu olacağına inamını ifadə etdi. Rektor qonağa BANM-in yaranma tarixi haqqında danışaraq bu ali məktəbin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə SOCAR-ın tərkibində yaradıldığını vurğuladı. O bildirdi ki, ali məktəbin əsas məqsədi neft və kimya sənayesi üçün yüksək ixtisaslı peşəkar kadrlar, eyni zamanda dünyanın bütün tanınmış neft-qaz və kimya sənayesi şirkətləri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. Rektor əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifini bildirərək, əfqan xalqı üçün mütəxəssis hazırlığını həyata keçirmək məqsədilə səfiri bu istiqamətdə əməkdaşlığa dəstək verməyə çağırdı. BANM-in yeni tədris ilində əfqan tələbələri qəbul etməyə hazır olduğu bildirildi.   

Səfir Məhəmməd Tağı Xəlili Azərbaycanda olmaqdan və Bakı Ali Neft  Məktəbinə gəlişindən məmnun olduğunu dedi. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəsinə göstərdiyi davamlı dəstəyi çox yüksək qiymətləndirdi. O, özünü Azərbaycan xalqına çox yaxın hiss etdiyini bildirdi. İyirmi il öncə Azərbaycanda olduğunu deyən səfir Azərbaycan xalqının mehriban dostluğunu həmişə xatırladığını vurğuladı. O, həmçinin illər öncə gördüyü Bakı ilə indiki şəhər arasında böyük fərq olduğunu deyərək bu inkişafın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iradəsi ilə həyata keçirildiyini qeyd etdi. Əfqan tələbələrin BANM-də təhsil alması ilə bağlı təklifə görə rektora minnətdarlığını ifadə edən səfir, öz növbəsində, bu istiqamətdə hərtərəfli dəstək verməyə hazır olduğunu dilə gətirdi.

Görüşdə, eyni zamanda, qarşılıqlı əməkdaşlıq, o cümlədən tələbə mübadiləsi və təqaüd proqramının həyata keçirilməsi haqqında müzakirələr aparıldı.

 

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov