Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 Noyabr 2015 - №41

 

“Qalib SƏNSƏN!” layihəsi çərçivəsində bilik yarışı

 

Böyütmək üçün seçin“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını uğurla davam etdirir.

Layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, onların  komanda halında işləməyinə,  asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.

Layihə çərçivəsində Ağcabədi şəhərində sayca 3-cü tədbir keçirilib. Ağcabədi şəhər 1 nömrəli  tam orta məktəbdə baş tutan tədbirdə 1  və 3 nömrəli tam orta  məktəblərin komandaları arasında bilik yarışı keçirilib.  Maraqlı və gərgin keçən intellektual bilik yarışında 1 nömrəli  tam orta məktəbin “Şahin” komandası finala vəsiqə qazanıb.

Çıxış edənlər qeyd ediblər ki, belə yarışların keçirilməsi məktəblilərin intellektual səviyyəsinin yüksəlməsinə, onlarda qısa vaxt kəsiyində dəqiq qərarlar vermələrinə yardımçı olacaq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov