Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda zona müşavirəsi

 

Böyütmək üçün seçinNoyabrın 11-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması” mövzusunda zona seminar-müşavirəsi keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Sumqayıt şəhər, Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayon təhsili idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Seminar-müşavirə kargüzarlıq işinin və vətəndaşların müraciətlərinə baxılması vəziyyətinin mövcud qanunvericiliyin tələblərinə uyğun təşkili, təhsil sahəsində çalışan rəhbər və digər işçilərin maarifləndirilməsi məqsədlərinə xidmət edir.

Tədbirdə Prezident Administrasiyasının və Təhsil Nazirliyinin nümayəndələri yerli idarəetmə qurumlarının kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən danışıblar.

Seminarda Təhsil Nazirliyində, eləcə də təhsil qurumlarında vətəndaşların qəbulunun təkmilləşdirilməsi, məlumatların ümumiləşdirilməsi, qəbula yazılma prosesinin avtomatlaşdırılması, müşahidə edilməsi baxımından görülmüş işlər barədə məlumat verilib. Bununla yanaşı, yeni yaradılan Qəbul Portalının iş prinsipi izah edilib.

Sonra seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun “Yerli təhsili idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılmasına və  vətəndaşların müraciətlərinə baxılmasına dair zona müşavirələrinin (treninqlərin) keçirilməsi barədə” əmrinə uyğun olaraq, müvafiq seminar-müşavirələrin digər bölgələrdə də keçirilməsi nəzərdə tutulub. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov