Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

SDU-da Bəxtiyar Vahabzadənin 90 illik yubileyi qeyd edilib

 

Böyütmək üçün seçin Noyabrın 10-da Sumqayıt Dövlət Universitetində Azərbaycanın xalq şairi, dramaturq, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Bəxtiyar Vahabzadənin 90 illik yubileyi təntənə ilə qeyd olundu.

Tədbiri giriş sözü ilə elmi işlər üzrə prorektor,  professor Ramazan Məmmədov açaraq qeyd etdi ki, dövlətimizin başçısı  cənab İlham Əliyevin Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam görkəmli şairin irsinə verilən qiymətin bariz nümunəsidir. Əvəzsiz şair və ədəbiyyatşünas, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən biri olub. O, geniş və səmərəli bədii yaradıcılıq  yolu, elmi, pedaqoji fəaliyyəti ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə ən qiymətli töhfələrini vermişdir.

Filologiya fakültəsinin dekan əvəzi, dosent Avtandil Ağbaba çıxışında bildirdi ki, Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatı tarixinin xüsusi mövqeyə malik görkəmli simalarındandır. Sənətkarın insanı daim mənəvi ucalığa səsləyən poetik-fəlsəfi məzmunlu yaradıcılığı milli poeziyada vətəndaşlıq ruhunun qüvvətlənməsində və ədəbi-ictimai fikrin istiqlal ideyaları ilə zənginləşməsində böyük rol oynamışdır. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin mühüm istiqamətlərindən birini təşkil edirdi.

Azərbaycan və  xarici ölkələr ədəbiyyatı kafedrasının professoru, Dövlət mükafatı laureatı, əməkdar elm xadimi Məhərrəm Qasımlı, universitetin qocaman müəllimi, professor Həsən Sadıqov və professor Aslan Bayramov ölməz xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini dilə gətirərək qeyd etdilər ki, o, şair olmaqla yanaşı, həm də bir müəllim kimi könüllərdə sevgi qazanıb.

Yubiley tədbirində tələbələrin ifasında şairin şeirlərindən və poemalarından parçalar səsləndirildi.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov