Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Dünyanın ən yaxşı universitetlərinin yeni reytinq cədvəli

 

Oruc MUSTAFAYEV, 
“Azərbaycan müəllimi”

Amerikanın  “US News & World Report”  jurnalı   dünyanın ən yaxşı universitetlərinin  növbəti reytinq cədvəlini (“Best Global Rankings Universities- 2016”)  tərtib edib.  Ali məktəblərin qiymətləndirmə cədvəli  dünyanın 57 ölkəsindən 750 universiteti əhatə edir. Ən yaxşı ali məktəblərin siyahısında yer almaq üçün universitetlər  “Thomson Reuters” şirkətinin hər il keçirdiyi top-200-lükdə yer almalıdır. Reytinq tərtib olunarkən elmi jurnallarda dərc olunmuş  məqalələrin sayı, elmi ictimaiyyətdə nüfuzu, elmi məqalələrdən sitatgətirilmə,  əcnəbi ölkə alimləri ilə birgə tədqiqatlar,  universitet tərəfindən elmi dərəcələrin verilməsi  və s.  bu kimi 12 kriteriya əsas götürülür.  Bundan əlavə, Böyük Britaniyanın QS, Times Higher Education Rankings kimi populyar reytinqlərindən fərqli olaraq  “US News & World Report”  jurnalının araşdırmasında    başlıca üstünlük universitetlərin elmi tədqiqatçılıq və innovativ fəaliyyətinə qiymət verilir.  Əsas  kriteriyalar arasında digər reytinq araşdırmalarında olduğu kimi,  ali məktəbin kampusunun sahəsi, bakalavrların məzuniyyət faizi, xarici müəllim-tələbə nisbəti yoxdur, akademik reputasiya və tədqiqat işlərinin həcmi başlıca göstəricidir.

Reytinq  digər ölkələrin ali məktəbləri ilə müqayisədə  əyani  şəkildə  Amerika universitetlərinin  üstün mövqeyini nümayiş etdirir. Dünyanın ən yaxşı universitetlərinin üçdə ikisindən  çoxu 10 ölkədə cəmləşib ki, ABŞ bu siyahıda  lider mövqe tutur və 181 universitetlə (24,1%) təmsil olunur. Çin 57 (8%),  Böyük Britaniya 55 (7,3 faiz),  Almaniya 50 (6,7%)  universitetlə reytinqə daxil olub.  Ötən il olduğu kimi,  reytinq cədvəlinə Harvard  Universiteti başçılıq edir. İkinci yerdə Massaçusets Texnologiya  İnstitutu,  üçüncü yerdə Kaliforniya Berkli  Universiteti yer alıb.  İlk onluqda Böyük Britaniyanın Oksford (5-ci yer)  və Kembric  (6-cı yer) universitetləri yerləşib. Daha ətraflı www.usnews.com/education/best-global-universities/rankings səhifəsindən tanış olmaq olar.

Dünyanın ən yaxşı universitetlərinin yeni reytinq cədvəli
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov