Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Məktəbdə bayram tədbiri 

 

Böyütmək üçün seçinBakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseydə 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim,  bayraq  öz yurduma  öz  hakimliyim” adlı tədbir  keçirilib. Tədbirdə Təhsil  Nazirliyinin, Xətai Rayon İcra Hakimiyyətinin  nümayəndələri, məktəb direktorları və digər qonaqlar iştirak ediblər. İlk öncə  qonaqlar  şagirdlərin  əl işlərindən   ibarət   sərgi ilə   tanış olublar. 

Sonra liseyin direktoru Nəzakət  Əsgərova  çıxış edərək bildirib   ki, Azərbaycanın dövlətçilik  rəmzlərindən biri onun milli bayrağı - Dövlət bayrağıdır. Bu gün hər bir  Azərbaycan  vətəndaşı milli bayrağımıza,  gerbimizə  və  himnimizə  ehtiram   göstərir,  bunu  özünün müqəddəs borcu kimi qəbul edir.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Qafur Rəhmanov  bayram günü  münasibətilə  tədbir iştirakçılarını təbrik edib. Sonra  Təhsil Nazirliyinin  böyük məsləhətçisi Hüseyn Mirzəyev keçirilən tədbirin  tərbiyəvi əhəmiyyətindən  danışıb və  Azərbaycan  Prezidenti cənab İlham Əliyevin  təhsilə  göstərdiyi diqqət  və qayğıdan söz açıb.

Məktəbin 8 “b” sinif şagirdi Rovin Qurbanov riyaziyyat müəllimi Gülgəz Ağayevanın “Bayraq” şeirini söyləyib. Eyni zamanda tarix müəllimi Eldar Lahıcov öz şagirdləri ilə birlikdə hazırladıqları “Babəkin andı”  tamaşasını   nümayiş etdiriblər.

Şagirdlər Vətənə,  Dövlət Bayrağına  aid şeir   söyləyib, mahnı oxuyub və ədəbi kompozisiya  göstəriblər. 

Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov