Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Yeni il şənliklərinin məşqlərinə başlanılıb

 

Yanvarın 2,3,4-də Heydər Əliyev Sarayında uşaqlar üçün “Nağıl qəhrəmanlarının səyahəti” adlı Yeni il şənlikləri keçiriləcək.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada balacaları Cırtdan və dostlarının (Qırmızı papaq, Buratino, üç keçi balası və s.) başına gələn yeni il sərgüzəştləri gözləyir. Bundan əlavə, sarayın səhnəsində quraşdırılan ən böyük əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə maraqlı, rəngarəng, interaktiv tamaşanın iştirakçısı olacaq və əylənəcəklər. Bir çox başqa sürprizlər Yeni il şənliklərini uşaqlar üçün maraqlı və yaddaqalan edəcək.

Hazırda Heydər Əliyev Sarayında Yeni il şənliklərinin məşqlərinə başlanılıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov