Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Noyabr 2015 - №42

 

Kollecin tələbələri spartakiada yarışlarında fərqləniblər

 

 Oktyabrın 18-də Gənclər və İdman Nazirliyi və “Məhsul” Kənd İdman Cəmiyyəti Respublika Şurasının   birgə dəstəyi ilə  orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının idman zalında  “Milli xalq idman oyunları”nın XXVI Respublika Spartakiadasına daxil olan  daşqaldırma üzrə yarış keçirilib. Yarışda 100 kq -dan yuxarı çəkidə Bakı Qida Sənayesi Kollecinin tələbəsi Saleh Əkbərov II yeri tutaraq diploma layiq görülüb.

Bundan başqa, oktyabrın  29-da Sabirabad Rayon Olimpiya İdman Kompleksində Təhsil, Gənclər və İdman nazirlikləri  və “Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə  orta ixtisas təhsili müəssisələri spartakiadasına daxil olan atletika idman növü üzrə yarış keçirilib. Yarışda Bakı Qida Sənayesi Kollecinin tələbəsi Həsənağa Xıdırov kürə atma yarışında III yerə çıxıb.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov