Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Azərbaycan-Rusiya Universitetlərarası Forumu

 

 Noyabrın 19-da “ADA” Universitetində Azərbaycan-Rusiya Universitetlərarası Forumu  işə başlayıb.

Forumu giriş sözü ilə açan “ADA” Universitetinin rektoru Hafiz Paşayev Azərbaycanla Rusiya arasında təhsil sahəsində tarixən geniş əlaqələrin olduğunu qeyd edib. Rektor forumda Rusiyanın müxtəlif şəhərlərində yerləşən universitet rəhbərlərinin iştirak etdiyini deyib.

Forum çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanacağını diqqətə çatdıran rektor bu qurumun hər iki ölkənin universitetləri arasında əməkdaşlığın daha da genişləndirilməsinə təkan verəcəyini deyib.

Forumda Sumqayıt  Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Rusiya Dövlət Humanitar Universitetinin rektor əvəzi Yefim Pivovar, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov və Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov rəhbərlik etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, qarşılıqlı əməkdaşlığın prioritet istiqamətləri barədə çıxış ediblər. Çıxışlarda forumun təcrübə mübadiləsi baxımından mühüm ənəmiyyəti qeyd olunub,  universitetlərarası əməkdaşlığın qurulmasına və elmi əlaqələrin inkişafına  töhfə verəcəyi bildirilib.

Forum öz işini növbəti gün davam etdirib.

Böyütmək üçün seçin Böyütmək üçün seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov