Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Azərbaycan Texnologiya Universitetində elmi konfrans keçirilib

 

Böyütmək üçün seçinGəncə şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Texnologiya Universitetinin 45 illik yubileyinə həsr olunmuş “Elm, təhsil və istehsalatın inteqrasiyası: müasir tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Gəncə Şəhər İcra Hakimiyyəti, Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda yerli və xarici qonaqlar, elm xadimləri, ictimaiyyət nümayəndələri və rəsmi şəxslər iştirak edib. Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev universitetin kollektivini 45 illik yubiley münasibətilə təbrik edib.

ATU-nun rektoru, professor Akif Süleymanov çıxışında rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf yolu haqda danışıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Piriyev kollektivi təbrik edib və təhsil naziri Mikayıl Cabbarovun konfrans iştirakçılarına müraciətini oxuyub. Sonra akademik Ziyad Səmədzadə, Gürcüstanın Beynəlxalq Qara Dəniz Universitetinin rektoru İlyas Ciloğlu, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Hanifi Saraç, Qafqaz Universitetinin rektoru Ahmet Saniç, GDU-nun rektoru Yusif Yusibov, “Az-Granata” Şirə və Şərab Emalı Zavodunun direktor müavini Vüqar Mikayılov da çıxış edərək yubiley münasibəti ilə ATU-nun kollektivini təbrik edib, bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Konfransın gedişində ATU tarixindən bəhs edən film nümayiş etdirilib. Daha sonra ATU ilə Gürcüstanın Beynəlxalq Qara Dəniz Universiteti və Türkiyənin Yıldız Texniki Universitetləri arasında əməkdaşlıq memorandumları imzalanıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov