Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Sumqayıt Dövlət Universiteti Rusiyanın iki universiteti ilə əməkdaşlıq müqaviləsi imzaladı

 

Böyütmək üçün seçinAzərbaycan-Rusiya Universitetlərarası Forumunda iştirak edən Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin, Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov və  layihənin rəhbəri, professor Mariya Dülyasovanın rəhbərlik etdiyi nümayəndə heyəti Sumqayıt Dövlət  Universitetində  qonaq oldular.

Nümayəndə heyəti universitetin  rektoru Elxan Hüseynovla “dəyirmi masa” ətrafında  elmin, təhsilin inkişafına  dair  birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardılar. Universitetin Heydər Əliyev Mərkəzində ulu öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi, hakimiyyətdə olduğu illəri əks etdirən fotolar qonaqların marağına səbəb oldu.

Rektor qonaqlara ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat  verdi.

Görüşdə Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin  Azərbaycanda,  xüsusilə də SDU-da qonaq olduğundan məmnunluğunu bildirdi, rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verdi. SDU-nun Azərbaycanda elm və texnikanın inkişafındakı rolunu yüksək qiymətləndirərək gələcəkdə hər iki təhsil ocağı arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd etdi.

Samara Dövlət Texniki Universitetinin rektoru Dmitri Bıkov  və layihənin rəhbəri, professor Mariya Dülyasovanın belə  görüşlərin keçirilməsinin hər iki xalq arasında dostluq, qardaşlıq münasibətlərini daha möhkəmləndirdiyini vurğuladılar. Onlar  universitetlərimiz arasında tələbə-müəllim mübadiləsinin əməkdaşlığımızın inkişafına töhfə verəcəyini qeyd etdilər.

Sumqayıt Dövlət Universiteti ilə Ufa Dövlət Neft Texniki Universiteti və Samara Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov