Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

BSU Makedoniya universiteti ilə əməkdaşlığa başlayır

 

Böyütmək üçün seçin Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Asif Hacıyev Müqəddəs Kirill və Mefodi adına Universitetin rektoru, professor Velimir Stajkovskinin dəvəti ilə Makedoniya Respublikasına işgüzar səfər edib.  Professor A.Hacıyev Avropanın nüfuzlu təhsil müəssisələrindən sayılan, 60 mindən artıq tələbə kontingentinə sahib  bu universitetin rektoru, prorektorları, habelə filologiya fakültəsinin dekanı və kafedra müdirləri ilə görüşüb. Görüş çərçivəsində professor Asif Hacıyev Azərbaycanın iqtisadi, sosial-mədəni inkişafı, ölkədə mövcud olan multikultural mühit və bu sahədə aparılan dövlət siyasəti haqqında geniş məlumat verib, Azərbaycanın təhsil sistemi, mövcud layihə və proqramlar, o cümlədən Bakı Slavyan Universitetinin fəaliyyətindən söz açıb. A.Hacıyev BSU-nun tarixi, tədris prosesi və kadr hazırlığı, elmi araşdırmalar, burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri, eyni zamanda xarici universitetlərlə əlaqələrindən danışıb.

Azərbaycan haqqında məlumatlı olduğunu bildirən rektor, professor Velimir Stajkovski ölkəmizin sürətli inkişafına böyük dəyər verdiklərini, slavistika üzrə unikal təhsil müəssisəsi və elm mərkəzlərindən olan BSU-nun fəaliyyətini yüksək qiymətləndirdiklərini, əməkdaşlıqda maraqlı olduqlarını və onun hər iki tərəf üçün səmərəli olacağını qeyd edib.

İşgüzar görüşdə hər iki universitet rəhbəri BSU-da makedon dili və makedoniyaşünaslığın,  Müqəddəs Kirill və Mefodi adına Universitetdə isə Azərbaycan dili və azərbaycanşünaslığın tədrisinə hazırlıq barədə razılıq əldə ediblər. Gələcək perspektiv layihələr müzakirə olunub, əməkdaşlıq haqqında müqavilə imzalanıb.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov