Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

ADU-da vətənpərvərlik mövzusunda “Şeir çələngi”

 

Böyütmək üçün seçinNoyabrın 17-də Azərbaycan Dillər Universitetində (ADU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Yazarlar klubunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusunda “Şeir çələngi” adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə açılan tədbirdə universitet tələbələri tərəfindən vətənpərlik mövzusunda şeirlər səsləndirildi. “Sarı gəlin”, “Cənab Leytenant”, “Azərbaycan” mahnıları ifa olundu. Tədbirdə “Dalğa” rəqs qrupunun ifasında “Yallı” rəqsi nümayiş olundu. Daha sonra “Əsgər marşı”nın müşayiəti ilə əsgər forması geyinmiş tələbələr tərəfindən Azərbaycan Respublikasının Dövlət bayrağı səhnəyə gətirildi, hərbi andiçmə mərasiminin səhnəciyi canlandırıldı.

Münsiflər heyəti tərəfindən aparılan seçimə əsasən  filologiya və jurnalistika fakültəsinin 326 a qrup tələbəsi Səltənət Quliyeva I yerə, pedaqoji (ingilis dili-fransız dili) fakültəsinin 222 b qrup tələbəsi Şəlalə İbrahimli II yerə, filologiya və jurnalistika fakültəsinin 241 a qrup tələbəsi Nəimi Nəbiyev isə III yerə layiq görüldü, qaliblər mükafatlandırıldı.

Mükafatlandırma mərasimindən sonra ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov, tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, sosial elmlər kafedrasının professoru Məhəmməd Teymurlu, şair Qəşəm Nəcəfzadə çıxış etdilər.  

İctimaiyyətlə əlaqələr Departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov