Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Tələbələrə vəsiqələr təqdim olunub

 

Gəncə Dövlət Universitetində Yeni Azərbaycan Partiyasına könüllü olaraq üzv qəbul olunmuş 103 nəfər tələbənin iştirakı ilə tədbir keçirilib. Tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, dosent Pərvin Kərimzadə qonaqları və tələbələri salamlayaraq YAP-ın çoxminli sıralarına könüllü qoşulan gəncləri təbrik edib, onların seçdikləri bu yolda daim fəal olacaqlarına və ölkəmizin  gələcəyi naminə əllərindən gələni əsirgəməyəcəklərinə əminlik ifadə edib.

YAP Gəncə şəhər təşkilatının  şöbə müdiri İsmayıl İsmayılov, biologiya-kimya fakültəsinin dekanı, dosent İsfəndiyar Allahverdiyev və dosent Zilxumar Məmmədova öz çıxışlarında tələbələri YAP-a üzv qəbul edilmələri münasibətilə təbrik edib,  onlara xoş arzularını bildiriblər.

Tədbirin sonunda  tələbələrə YAP-ın üzvlük vəsiqələri təqdim olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov