Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Orta məktəb şagirdləri arasında rayon çempionatı keçirilib

 

 Yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, perspektivli idmançıların seçilməsi və velosiped idmanında kütləviliyin təmin olunması məqsədilə Veloparkda Səbail rayonunun tam orta məktəbləri arasında rayon çempionatı keçirilib. Yarışda hər birinin tərkibində 3 oğlan və 1 qız olan 14 komanda iştirak edib.

Reqlamentə görə, kollektivlər 800 metrlik marşrut boyunca estafet sistemi üzrə yarışıblar. 1-ci yeri 134, 2-3-cü yerləri 91 və 236 nömrəli tam orta məktəblərin komandaları tutublar. Qalib komandalar medal, diplom və kubokla təltif edilib.

Yarış başa çatdıqdan sonra Səbail məktəbliləri və Azərbaycanın müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvlərinin iştirakı ilə Veloparkda ağacəkmə kampaniyası həyata keçirilib.

Qeyd edək ki, “ADA” Universiteti, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Coca-Cola” şirkətinin birgə həyata keçirdikləri irimiqyaslı ekoloji aksiya çərçivəsində artıq Veloparkda 10000-dən artıq ağac əkilib.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov