Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 Noyabr 2015 - №43

 

Azərbaycanın stolüstü tennisçiləri Estoniyada keçirilən turnirdə birinci yeri tutublar

 

Böyütmək üçün seçinEstoniyanın Haapsalu şəhərində gənclər və yeniyetmələr arasında komanda və şəxsi dərəcələrdə tanınmış tennisçi Albert Kanepinin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin birinci günündə keçirilmiş komanda yarışlarında idmançılarımız gözəl oyun nümayiş etdirərək final mərhələsinə yüksəliblər. Finalda çox güclü rəqib olan Estoniya tennisçilərini 3:0 hesabı ilə məğlub edən idmançılarımız birinci yeri tutublar.

Gənclər və yeniyetmələr arasında şəxsi yarışlarda isə Denq Simenq təcrübəli estoniyalı idmançıya böyük xal hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Yığmamızın digər üzvü Zou Çuyi də layiqli oyun nümayiş etdirərək turnirdə üçüncü yerə sahib olub.

Estoniyada Azərbaycanın stolüstü tennisçiləri böyük uğur qazanaraq yeddi ölkə arasında birinci olublar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov