Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Azərbaycan Dövlət Pedaqoji Universitetində elmi-praktik konfrans

 

Böyütmək üçün seçinNoyabrın 26-27-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş “İnsan və zaman” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib. Konfransdan öncə universitetdə Bəxtiyar Vahabzadənin həyatı və ədəbi irsi ilə bağlı sərgi nümayiş olunub və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Yusif Məmmədov konfransı giriş sözü ilə açaraq bildirib ki, elmi məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvar ayının 14-də imzaladığı “Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncama və həmin sərəncamın icrası ilə bağlı təhsil nazirinin 13 fevral 2015-ci il tarixli əmrinə əsasən keçirilir. 

Rektor Y.Məmmədov çıxışında böyük söz ustadı,  istiqlal şairi Bəxtiyar Vahabzadənin həyat və yaradıcılığı haqqında məlumat verib.

Plenar iclasda ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov “Bəxtiyar Vahabzadə: düşündürən şair, həssas pedaqoq, dil və ədəbiyyat qayğıkeşi”, “Dədə Qorqud” Elmi-Tədqiqat Laboratoriyasının müdiri, professor Ramazan Qafarlı “Bəxtiyar Vahabzadə: sənəti və şəxsiyyəti”, Azərbaycan və dünya ədəbiyyatı tarixi kafedrasının professoru Təyyar Salamoğlu “Bəxtiyar Vahabzadə - milli istiqlal tariximizin salnaməçisi” mövzularında məruzə ediblər. Plenar iclasda filologiya fakültəsi tələbələrinin hazırladıqları bədii kompozisiya da təqdim edilib.

2 gün davam edən konfransda Bakı Dövlət Universitetinin, Sumqayıt Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Təhsil Problemləri İnstitutunun, Qərb Universitetinin və digər ali təhsil müəssisələrinin alim və mütəxəssisləri iştirak ediblər.  Konfransın 5 bölmə üzrə keçirilən iclaslarında 80 məruzə dinlənilib. 

ADPU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov