Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Elmi-tədqiqat işlərinə verilən tələblərə həsr olunmuş seminar

 

Böyütmək üçün seçinNaxçıvan Dövlət Universitetində “Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi məqalələrin hazırlanmasına qoyulan beynəlxalq tələblər və etik problemlər” mövzusunda seminar keçirilib. Seminarda elmi məqalənin yazılması qaydaları, elmi məqalə hazırlayarkən nələrə üstünlük verilməsi, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər, bu sahədə peşəkarlıq, beynəlxalq standartlara uyğunlaşma və digər bu kimi məsələlərə aydınlıq gətirilib.

Seminarı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq vurğulayıb ki, bu kimi tədbirlərin keçirilməsində başlıca məqsədi elmin davamlı inkişafına, alimlərimizin elmi nəticələrinin dünya miqyasında tanıdılmasına nail olmaqdır. Vurğulanıb ki, elmi məqalə hər bir alimin müvvəfəqiyyəti deməkdir. Əvvəldən elmi məqaləni lazımi səviyyədə yazmaq bacarığı elm sahəsində irəliləyən gənclərin də gələcəkdə əsl alim  kimi formalaşmasına və yüksək uğurlar qazanmasına çox kömək edir. Rektor universitet əməkdaşlarının məqalələrinin dünyanın nüfuzlu jurnallarında dərci və bu sahədə əməkdaşlıq əlaqələrinin davamlı inkişafını xüsusi qeyd edib. Alim çıxışında elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini də vurğulayıb.

Seminarda Qars Qafqaz Universitetinin cərrahiyyə kafedrasının professoru, universitetin baytarlıq fakültəsi jurnalının baş redaktoru İsa Özaydın məruzəsində məqalənin hazırlanması, onların  asan  qavranılması və daha oxunaqlı olması üçün zəruri olan  şərtləri  diqqətə  çatdırıb.

Sonra məruzəçi universitet əməkdaşlarının ona ünvanlanan çoxsaylı suallarını cavablandırıb.

Məlumat üçün qeyd edək ki, Qars Qafqaz Universitetinin cərrahiyyə kafedrasının professoru İsa Özaydın bir həftə müddətində Naxçıvan Dövlət Universitetində baytarlıq təbabəti ixtisasının tələbələrinə cərrahiyyə dərslərini keçmək və onlarla birgə cərrahi əməliyyatlar aparmaq üçün ali təhsil ocağındadır. 

Mina QASIMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov