Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Bakı Slavyan Universitetində  beynəlxalq  konfrans

 

Noyabrın 27-də Bakı Slavyan Universitetində “Müqayisəli ədəbiyyat və mədəniyyət: ədəbiyyatın və mədəniyyətin başlanğıc meyarları” mövzusunda beynəlxalq  konfransın açılış mərasimi keçirilib.

Bakı Slavyan Universiteti və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə təşkil etdiyi konfrans “Milli ədəbiyyat və mədəniyyət  meyarları” layihəsinin davamı kimi nəzərdə tutulmuşdur.

Mərasimdə çıxış edən BSU-nun rektoru, professor Asif Hacıyev bildirib ki, beynəlxalq konfransda İtaliya, Böyük Britaniya, Almaniya, Rusiya, Ukrayna, Qazaxıstan, İran, Türkiyə və Gürcüstandan 30-dan çox alim, Azərbaycanın bir sıra ali təhsil müəssisələri və AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarının əməkdaşları iştirak edir. Rektorun sözlərinə görə, bu konfrans Azərbaycanın dünyəvi multikultural ənənələrini və dünya xalqlarının mədəniyyətini bir araya gətirir. Xalqımızın qədim mədəniyyətindən, ölkəmizdə mövcud olan multikultural mühitdən və tolerantlıqdan danışan rektor multikulturalizmin dövlətimizin siyasi prioritetlərindən biri olmasından və bu sahədəki uğurlardan söz açıb.

Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının sədri, professor Rəhilə Qeybullayeva konfransın işi haqqında məlumat verərək iki gün davam edəcək elmi məclisin öz işini 4 bölmədə aparacağını deyib.

Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Folklor İnstitutunun direktoru, professor Muxtar İmanov, Ukraynanın P.T.Tronko adına Region Araşdırmaları Mərkəzinin direktor müavini Olqa Vovk, İtaliyanın Piemonte Orientale Universitetinin professoru Stefania Sini, Böyük Britaniyanın Kembric Universitetinin professoru Firuza Melville,  Rusiyanın Sankt-Peterburq şəhərinin Mərkəzi Dövlət Arxivinin nümayəndəsi Mixail Şkarovskiy, İranın Xarəzmi Universitetindən Qodratullah Qorbani, Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutunun nümayəndəsi İrina Modebadze, Türkiyə nümayəndəsi Dr. Nazmi Ağıl və başqaları konfransın işinə uğurlar arzulayıblar. 

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov