Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

İki universitetin tələbə gənclər təşkilatı dost oldu

 

Böyütmək üçün seçinBakı Avrasiya Universitetinin bir qrup tələbəsi Gəncə Dövlət Universitetində olub. BAU-nun Tələbə Gənclər Təşkilatının  “Dost-TGT” layihəsini həyata keçirmək üçün  Azərbaycanın qərb bölgəsindəki ali təhsil ocaqlarından Gəncə Dövlət Universiteti seçilib. 

GDU-nun əsas korpusunun akt zalında hər iki universitetin Tələbə Gənclər Təşkilatının görüşü olub. Tədbirdə GDU-nun humanitar məsələlər üzrə prorektoru Asif Cavadov qonaqları salamlayaraq  layihənin məqsədəuyğunluğunu bildirib, hər iki universitetin tələbələri üçün   səmərəli olacağına inamını ifadə edib.

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının  sədri Orxan Məmmədov və Bakı Avrasiya Universiteti Tələbə Gənclər Təşkilatının  sədri Əlviyyə Qurbanova  çıxış edərək gördükləri işlər haqqında məlumat verib, bu dostluq münasibətlərinin hər sahədə davam etdirilməsinin gənclərimizə gözəl töhfə olduğunu nəzərə çatdırıblar. 

Qonaqlar universitetin auditoriyalarında, laboratoriyalarında olub, tələbələr üçün yaradılan şəraitdən, müasir tələblərə cavab verən təchizatdan razılıqlarını  bildiriblər.

Görüşün sonunda Samux rayonunun idman meydançasında hər iki universitetin komandaları arasında futbol yarışı keçirilib. Gəncə Dövlət Universitetinin komandası 3:2 hesabı ilə qalib gəlsə də, hər iki tərəf dostluq münasibətlərindən məmnunluq ifadə edib.  

Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov