Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Məktəb-liseydə xeyriyyə yarmarkası

 

Noyabrın 26-da Bakı şəhərində yerləşən 62 nömrəli məktəb-liseydə xeyriyyə yarmarkası keçirilib.

Yarmarka Təhsil Nazirliyinin təşəbbüsü ilə ölkənin 54 məktəbində yaradılan məktəb icmaları layihəsi çərçivəsində təşkil olunub.

Xeyriyyə məqsədilə keçirilən yarmarkadan əldə olunan vəsaitin uşaq evlərinə yönəldilməsi nəzərdə tutulub. İlkin mərhələdə məktəbin 3 sinfini əhatə edən məktəb icması gələcəkdə daha da genişləndiriləcək.

Yarmarkada II, VII və VIII sinif şagirdlərinin əl işləri satışa çıxarılıb. Məktəblilərin təqdim etdikləri yeni il oyuncaqları, bəzək əşyaları, təbii dibçək gülləri, süni güllər, şirniyyat, kitablar, şəkillər və digər əl işləri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Məktəb icmasının təşəbbüsünə Nizami Rayon İcra Hakimiyyəti, rayonun yerli özünüidarəetmə orqanları və özəl qurumlar da dəstəyini əsirgəməyib.

Qeyd edək ki, “Birlikdə öyrənirik, istirahət edirik, inkişaf edirik” devizi altında təşkil olunan icmalar məktəb həyatını daha maraqlı etmək üçün yaradılan müəllim, şagird və valideyn birliyidir. 2015-ci ilin sentyabrından həyata keçirilən məktəb icmaları layihəsinin əsas hədəfləri şagirdlərin hərtərəfli formalaşmasını təmin etmək, uşaqlarda yaradıcılıq qabiliyyətini, eləcə də gələcək həyatlarında lazım olacaq sosial vərdişlərin inkişafını dəstəkləməkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov