Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

“Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda müşavirə keçirilib

 

Böyütmək üçün seçinNoyabrın 27-də paytaxtdakı 276 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarələrinin rəhbərlərinin iştirakı  ilə “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda geniş müşavirə keçirilib.

Yığıncağı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov açaraq Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin   bu il sentyabrın 15-də - “Bilik günün”də Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqində  ümumi təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı olduqca dəyərli fikirlər söylədiyini deyib. Ölkə başçısının həmin nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə  Təhsil İdarəsi tərəfindən müvafiq əmrlər və fəaliyyət  planları təsdiq edildiyini söyləyən müdir müavini milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin, hərbi-vətənpərvərlik  tərbiyəsinin  yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi sahəsində daha ardıcıl və davamlı işlərin aparılmasının zəruriliyini diqqətə çatdırıb. Qeyd olunub ki,  bu məsələlərin həyata keçirilməsində xüsusilə məktəbin, təhsil işçilərinin  üzərinə mühüm vəzifələr düşür. Milli-mənəvi dəyərlərin qorunması və inkişafına dövlət səviyyəsində çox böyük dəstək vardır.

Hüseyn Əsgərov sonra “Milli-mənəvi dəyərlərimiz və gənclər” mövzusunda geniş məruzə edib. Bildirilib ki, gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilmişdir.

H.Əsgərov məruzədə dövlətçilik və dil məsələlərinə də  toxunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafına xüsusi önəm verdiyini deyən məruzəçi dahi şəxsiyyətin həyata keçirdiyi dil siyasətinin bu gün ölkə başçısı İlham Əliyev  tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş  İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, paytaxtın 291 nömrəli “Araz” Ekologiya Liseyinin, 18 və 284 nömrəli tam orta məktəblərinin direktorları mövzu ilə bağlı çıxışlar ediblər.  

Samirə KƏRİMOVA,
“Azərbaycan müəllimi,

Foto: Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov