Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Noyabr 2015 - №44

 

Azərbaycan mədəniyyəti Şanxay festivalında təbliğ edilib

 

Şanxayda təhsil alan azərbaycanlı tələbələr Şərqi Çin Pedaqoji Universitetində təşkil olunan ənənəvi beynəlxalq mədəniyyət festivalında ölkəmizi uğurla təmsil ediblər.

Festivalın məqsədi müxtəlif ölkələrdən olan tələbələrin öz xalqlarının mədəniyyətini nümayiş etdirməklə mədəniyyət mübadiləsini təşviq etmək olub.

Şanxaydakı müxtəlif universitetlərdə təhsil alan tələbələrimiz Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə, ölkənin hazırkı inkişafına və turizm potensialına dair materiallar - kitablar, broşürlər, şəkillər, suvenirlər nümayiş etdiriblər. Bundan başqa, milli rəqslərimiz ifa olunub, mətbəximizin ləziz nümunələri təklif edilib.

Azərbaycan pavilyonunun təşkilatçıları Faiq Hacıyev, Rəna Abdullayeva və Zamir Qurbanov olub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

700 BAL TOPLAYANLAR

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov